Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2024 10:16
ABŞ Qətərdən "Hizbullah" ilə İsrail arasında münaqişənin həllinə yardım etməsini istəyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqlarda vasitəçilik edən Qətər, Bayden administrasiyasından İsrail-Livan sərhədində "Hizbullah" və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün müraciət alıb.
"Hizbullah"ın sözçüsü bildirib ki, Qəzza zolağında müvəqqəti atəşkəs olarsa, qruplaşma Livanda qarşılıq verəcək. Bununla belə, o vurğulayıb ki, Qəzzada müharibə tamamilə bitənə qədər "Hizbullah" daha geniş razılaşmanı qəbul etməyəcək.