Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölümündən 11 il sonra dəfn edildi

Ölümündən 11 il sonra dəfn edildi

Tarix: 29 Iyun 2024 16:40

Gənc həkimlərin yetişdirilməsi üçün cəsədini Bursa Uludağ Universiteti (BUÜ) Tibb fakültəsinə bağışlayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 11 il sonra mərasimlə Balıkəsirdə Ayvalık rayonunda torpağa tapşırılıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Bursada yaşayan təqaüdçü kiçik zabit Fehmettin Saymaz 2013-cü ildə dünyasını dəyişib. Vəsiyyətinə görə Saymazın cəsədi gənc həkimlərin təhsilinə töhfə vermək üçün kadavra kimi istifadə edilib.

11 ildən sonra ailəsinin xahişi ilə Saymazın cənazəsi dəfn olunmaq üçün qardaşı Ergin Saymaz və qızları Çiğdem Saymaz Narlı və Semra Kamaya təhvil verilib.

Qızının yaşadığı Ayvalığa gətirilən Saymaz ailəsi, yaxınları, müəllimlər və yerli əhalinin iştirak etdiyi mərasimdən sonra rayon qəbiristanlığında torpağa tapşırılıb.


Etiketlər:  Ölümündən sonra dəfn edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ