Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2024 16:10
Azərbaycan şahmatçısı Eltac Səfərli Voyvodina şahmat turnirinə liderlik edir.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, təmsilçimiz 7 turdan sonra 5,5 xal toplayıb.
Yerli şahmatçı Nikola Sedlak eyni xalı toplasa da, Eltac əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. 7-ci turda hindistanlı Anto Manişo ilə xalları yarıya bölən Səfərli bu gün serbiyalı Mixail İvanovla qarşılaşacaq.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.