Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 06:40
Rusiyanın iyunun 30-da Kiyevə raket hücumu Ukrayna paytaxtına edilən çoxsaylı hava hücumlarından fərqlənir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu şəhərin hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib.
"Təcavüzkar yeni taktikaları sınaqdan keçirir, o, Kiyevi vurmaq üçün dəqiq vaxt, üsul və vasitələri axtarır",- o bildirib.
Onun sözlərinə görə, Ukraynanın paytaxtı ruslar üçün həmişə ən prioritet hədəflərdən biri olub və olacaq.
Qeyd edək ki, ötən gün Ukraynanın paytaxtı Kiyevin Obolonski rayonunda yaşayış binasına raket qalıqları düşüb.