Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 08:20
Türkiyənin Balıkəsir vilayətində səkkiz ildir restoran işlədən və "Qalatasaray" azarkeşi kimi tanınan Serdar Aygörmüş üç ay əvvəl dünyaya gələn oğluna Nuri İkardi adını verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Oğlumu adını verdiyim argentinalı hücumçu kimi uğurlu etməyə çalışacağam", - deyə o bildirib.
Serdar Aygörmüş oğluna artıq şəxsiyyət vəsiqəsi də alıb. O, övladına vermək istədiyi bu ada ailəsinin və yaxınlarının əvvəlcə qarşı çıxdığını, lakin zamanla hər kəsin buna öyrəşdiyini deyib.