Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 13:34
Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndəliyinin bağlanması ilə bağlı qərar qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. Qərarın səbəbi açıqlanmır.
Missiyanın vəzifələrini Polşanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəliyi tərəfindən yerinə yetiriləcək.
Qeyd edək ki, Polşa 1973-cü ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransın (hazırkı ATƏT) ilk iclasında iştirak edən ölkələrdən biridir. Respublika təşkilata sonuncu dəfə 2022-ci ildə sədrlik edib. ATƏT-in strukturlarından birinin - Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərargahı Varşavada yerləşir.