Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur telekanaldan Marko van Bastenə cəza – Nasist salamına görə

Məşhur telekanaldan Marko van Bastenə cəza – Nasist salamına görə

Tarix: 26 Noyabr 2019 12:52

Əfsanəvi holland futbolçu Marko van Basten bir həftə müddətinə “Fox Sports” telekanalından uzaqlaşdırılıb.

Qol.az-ın xəbərinə görə, buna onun bu yaxınlarda canlı efirdə nasist salamı verməsi səbəb olub.  Həmçinin onun həftəlik maaşı kəsilərək İkinci Dünya Müharibəsi ilə bağlı Hərbi Sənədlər İnsitutuna veriləcək.

Xatırladaq ki, “Ayaks” – “Herakles” matçında ikincilərin baş məşqçisi Frank Vormut almanca müsahibə zamanı Van Basten həmkarının dediklərini efirdə şərh edərkən alman dilində nasist salamı anlamına gələn söz işlədib. Sonradan o, bu sözü zarafatla söylədiyini bildirərək üzr istəyib.

 


Etiketlər:  Məşhur telekanaldan Marko van Bastenə cəza Nasist salamına görə


RƏYLƏR