Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda hava limanında bomba xəbərdarlığı edildi - YENİLƏNİB

Ermənistanda hava limanında bomba xəbərdarlığı edildi - YENİLƏNİB

Tarix: 2 Iyul 2024 14:50

14:47
 

Şirak hava limanına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

"Bomba barədə məlumat verən vətəndaşın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür", - məlumatda vurğulanıb.

--------
10:45


Ermənistan polisinə Gümrü şəhərində yerləşən Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi xəbər yayıb.

Qeyd edilib ki, hava limanının əməkdaşları təxliyə edilib, ərazidə istehkamçılar və polis işləyir, ərazi mühasirəyə alınıb.

Milli.Az


Etiketlər:  Ermənistanda hava limanında bomba xəbərdarlığı edildi YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ