Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kondisionerlərdən gələn təhlükə...

Kondisionerlərdən gələn təhlükə...

Tarix: 4 Iyul 2024 07:00

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütübətlilik nisbəti kondisionerdən istifadəni artırır.

Sonxeber.net saglamolun.az-a istinadla bildirir ki, Demək olar ki, hər evdə, hər iş yeri və avtomobillərdə kondisioner mövcuddur.

Ancaq kondisionerdən doğru şəkildə istifadə etmədikdə bu, əzələ ağrıları başda olmaqla infeksion və allergik, həmçinin bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. İsti yay günlərində məkanın xarici və daxili temperatur fərqi və ani hava dəyişiklikləri bədən müqavimətinin azalmasına səbəb olur. Bu da viral infeksiyaların ortaya çıxmasına şərait yaradır. Xüsusilə kondisioner çalışdığı zaman filtrində yığılan mikroblar havaya qarışaraq infeksiyaların yaranmasına səbəb olur. Məlumatsız şəkildə kondisionerdən istifadə zamanı uşaqlar, yaşlılar, şəkər xəstələri, böyrək çatışmazlığı olan insanlar daha çox risk altındadır. Çünki bu qrupdan olan insanların müqavimətləri kondisionerin havaya yaydığı bakteriyalar səbəbilə zəifləyə bilər.

"Legioner" xəstəliyinə diqqət

"Legioner" xəstəliyi Legionella pneumophila adlı bakteriyanın səbəb olduğu xəstəlikdir. Bu bakteriya ağciyərlərə yerləşib sətəlcəmə yol aça bilər. Kondisionerlərin içindəki nəmli mühit bu bakretiyanın yaşaması  və çoxalması üçün əlverişlidir. Bu səbəbdən kondisioner filtrlərinin müəyyən müddətdən bir təmizlənməsi və dəyişdirilməsi olduqca vacibdir. Həmçinin filtrlərin original olmasi da önəmlidir.

Əzələ ağrıları və tutulmalarına diqqət

Həddindən artıq isti səbəbilə tərləyən insanların əzələləri boşalır və bu zaman əzələ tutulmaları baş verə bilər. Buna asqırma, burun axıntısı, gözlərdə sulanma-yaşarma, quru öskürək də əlavə olunur. Bu səbəbdən kondisionerin verdiyi havanın birbaşa üzə və bədənin digər hissələrinə təmas etməməsi vacibdir. Kondisionerin istiqaməti dəyişdirildiyi halda belə boyun və çiyinlərdə tutulma hissi və ağrılar varsa, o bölgələr bir şal ilə sarılaraq soyuq havanın birbaşa təmas etməsinin qarşısı alına bilər.

Kondisioner vurması baş veribsə, dərhal həkimə müraciət edin

Kondisioner vurmasına məruz qalmış insanlar dərhal bununla bağlı həkimə müracitə etməlidirlər. Bundan sonra şikayətləri aradan qaldıracaq dərman müalicəsinə başlanılmalıdır. Kondisionerdən qaynaqlanan sətəlcəmin müalicəsində 15-20 gün müddətində xəstəyə anbitiotik verilir. Müvafiq doza və müddətdə istifadə edildikdə xəstə tamamilə sağalır. Həmçinin kondisionerin mühitdəki nəm nisbətini azaltması xroniki bronxit xəstəsi olan insanların bəlğəmi xaric etmələrini də çətinləşdirir. Buna görə də xroniki bronxit xəstələrində öskürək, nəfəs darlığı kimi şikayətlər daha çox müşahidə edilir. Kondisioner vurması nəticəsində öskürək, yüksək temperatur, yorğunluq kimi əlamətlər özünü göstərirsə, bu, sətəlcəm başlanğıcı ola biləcəyi üçün dərhal mütəxəssis tərəfindən yardım alınmalıdır.

Allergiyanız varsa, kondisionerdən uzaq durun

Astma və allergiya xəstəliyi olan uşaqlar kondisioner altında qalmamalıdır. Əks təqdirdə soyuq hava ağciyərlərdə zədələnmələrə səbəb olaraq öskürək əmələ gətirə bilər. Həmçinin sətəlcəmə meyilli astma xəstəsi olan uşaqlar və sinüzitə meyilli allergiyası olan uşaqlar daha asan bu xəstəliklərə tutula bilərlər.

Avtomobil daxilində kondisioner üz iflicinə səbəb ola bilər

Avtomobil daxilində kondisioner də tənəffüs yolları xəstəliklərindən bronxit, sinüzit və sətəlcəm, həmçinin göz və beyin iltihabı, badamcıq iltihabı, bəzi əzələ xəstəliklərinə yol aça bilər. Birbaşa üzə təmas edən kondisioner nadir də olsa, üz fəlcinə səbəb ola bilər. Buna görə avtomobildə kondisionerdən istiadə zamanı üz və sinə bölgəsinə sərin havanın birbaşa gəlməsinin qarşısı alınmalı, kondisioner ön şüşəyə doğru yönləndirilməlidir.

Həddindən artıq isti və ya nəm mühit avtomobil idarə edənlərin konsentrasiyasını və hadisələrə reaksiyasını poza bilər. Xüsusilə nəqliyyatda və uzun səfərlər zamanı bu təsir daha nəzərəçarpan şəkildə özünü göstərir.

Kondisionerin altında yatmayın

Kondisioner havanı sərinlətdiyinə görə ekzemalı uşaqlar üçün faydalı ola bilər. Ekzemalı uşaqların dərilərində həddindən artıq su itkisi olduğu üçün qurudur. İsti hava və tərləmə isə qaşıntını artırır. Ancaq normanı keçərək kondisioner altında yatmaq da doğru deyil. Həmçinin kondisioner altında çox qalmaq ağciyərlərin zədələnməsinə də səbəb ola bilər. Ekzemalı uşaqlarda ev tozu allergiyasının inkişaf ehtimalı yuksəkdir. Kondisionerin içində bu tip tozlar yığıla bildiyi üçün də onun təmizlənməsi önəmlidir.

Tərli halda kondisioner olan mühitə girməyin

Analoji hal restoran və alış-veriş mərkəzləri kimi qapalı məkanlar üçün də keçərlidir. Əgər uzun müddət belə yerdə qalmaq lazımdırsa, o zaman kondisionerin verdiyi sərin havadan mümkün qədər qorunmaq lazımdır. Əks təqdirdə bu, əzələ sıxılmalarına, boyun və bel tutulmalarına səbəb ola bilər.

Kondisionerdən istifadə zamanı bəzi məqamlara diqqət etmək önəmlidir. Bu halda kondisionerin gətirəcəyi problemlərdən də yayınmaq mümkündür.

- Kondisioner işləyərkən pəncələrdən biri az da olsa aralanmalıdır. İsti-soyuq hava dövranını nizamlamaq üçün kondisioner olan məkanı tez-tez havalandırmaq məsləhətdir. Yatmazdan əvvəl otaqlar sərinləndirilməli, sonda mütləq kondisioner söndürülməlidir. Kondisioner olan mühitdə siqaret çəkilməsi də olduqca zərərlidir.

- Kondisionerdən istifadə zamanı ilk növbədə mühitin temperaturu yavaş-yavaş azaldımalıdır. Daxili və xarici temperatur fərqi 6 dərəcəni keçməməlidir.

- Birbaşa kondisionerin təsirinə məruz qalmayın. Kondisioner heç bir şəkildə insanın bədəninə birbaşa təmas etməməlidir.

- Kondisionerin təmizliyini gözardı etməmək lazımdır. Bahar və payız mövsümünün əvvəllərində kondisionerin texniki xidməti ilə mütləq məşğul olmaq önəmlidir. Kondisionerin ən münasib istilik səviyyəsi 18 dərəcədir. Kondisionerin parametrləri tənzimlənərkən qəflətən ən soyuq temperatura qoyulmamalı, yavaş-yavaş, müəyyən zaman intervalları ilə və bədənin temperaturuna uyğun olaraq mühit soyudulmalıdır.

- Texniki xidməti düzgün yerinə yetirilməyən kondisionerlər məkanın istiliyini və ya rütubətliliyini lazım olandan daha artıq və ya az təmin edir.

- Unutmayın ki, kondisionerin məqsədi sizi deyil, olduğunuz məkanı sərinlətməkdir.


Etiketlər:  Kondisionerlərdən gələn təhlükə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ