Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 09:14
AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.
Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu "İlahi müdaxilə" adlandırıb.
Sözügedən ifadə sosial şəbəkələrin Türkiyə seqmentində də maraqla qarşılanıb.
Oyunun taleyini həll edən həmin anın görüntüsünü təqdim edirik: