Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bənitorəf: Pezeşkian seçildi, türkün düşmənləri məğlub oldu

Bənitorəf: Pezeşkian seçildi, türkün düşmənləri məğlub oldu

Tarix: 6 Iyul 2024 18:52

Məsud Pezeşkianın İran prezidenti seçilməsi ölkədə yaşayan türk, ərəb və başqa zülmə məruz qalan qeyri-fars xalqların düşmənlərinin məğlubiyyətidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri mühacirətdə yaşayan İran ərəblərinin nüfuzlu siyasi fəalı, yazıçı Yusif Əzizi Bənitorəf deyib.

O, Məsud Pezeşkianın adı olan secici bülleteninin üzərində ərəbcə "Azərbaycan, gözün aydın! Doktor Məsud Pezeşkian, Azərbaycan, Əl-Əhvaz, birlik-birlik" mətni yazılmış foto paylaşıb:

"İran prezident seçkilərində doktor Məsud Pazeşkianın qələbəsi, əsasən, türk, ərəb və digər İran xalqlarının əleyhdarlarının, monarxistlərin, antitürklərin və digər düşmənlərin məğlubiyyətidir. O, möcüzələr göstərməyəcək, amma dost Azərbaycan xalqına və İrandakı digər xalqlara minimum tələblərinə çatmaq üçün az da olsa, inam yaradacaq".


Milli.Az


Etiketlər:  Bənitorəf Pezeşkian seçildi türkün düşmənləri məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ