Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu hava limanına Silvio Berluskoninin adı veriləcək

Bu hava limanına Silvio Berluskoninin adı veriləcək

Tarix: 7 Iyul 2024 18:00

İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensa hava limanı bundan sonra mərhum dövlət xadimi Silvio Berluskoninin adını daşıyacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın nəqliyyat naziri Matteo Salvini bildirib.

Qeyd edək ki, Silvio Berluskoni 1994-2011-ci illər arasında üç dəfə İtaliyanın baş naziri olub. O, 2023-cü ilin iyununda 86 yaşında vəfat edib.

Media maqnatı və "Forza Italia" partiyasının qurucusu olan bu şəxs İtaliyada silinməz iz qoyub. Berluskoni "Milan" futbol klubunun sahibi kimi də tanınıb.

Milli.Az


Etiketlər:  hava limanına Silvio Berluskoninin adı veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ