Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2024 13:52
İyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Etnik bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.
Rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb.