Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada raket hücumunda ölənlərin sayı ARTDI - matəm elan edildi - YENİLƏNİB - VİDEO - FOTO

Ukraynada raket hücumunda ölənlərin sayı ARTDI - matəm elan edildi - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 8 Iyul 2024 21:44

21:41

Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur.

Kliçko vurğulayıb ki, iyulun 9-da şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır:

"Telekanallara və radiolara müraciət edirik ki, yayım qrafikində müvafiq dəyişikliklər etsinlər. Paytaxtda dağıntıların aradan qaldırılması davam edir".

Qeyd edək ki, bu gün Rusiya müxtəlif tipli 40-dan çox raketlə Ukraynaya hücum edib. Hücumlar nəticəsində 22 nəfər həlak olub. Daha 72 nəfər yaralanıb.

--------
18:30


Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, raket hücumu nəticəsində ölənlərin sayı 28-ə, yaralıların sayı isə 112 nəfərə çatıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla yanaşı, 50-dən çox mülki obyektə zərər dəydiyi açıqlanıb ki, bunlar arasında yaşayış evləri və tibb müəssisələri də var. 

-------

14:44

Rusiyanın Ukraynaya hava hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

-------

13:10

Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib.

APA-nın yerli mətbuata istinadən məlumatına görə, nəticədə çoxmərtəbəli yaşayış binasının bir hissəsində dağıntılar əmələ gəlib.

Həyəcan siqnalı ilə əraziyə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları cəlb edilib. Paytaxtda raket zərbələri zamanı ümumilikdə 7 nəfərin öldüyü bildirilir. Atılan raketlərin bir hissəsi isə paytaxtın Şevçenko rayonu ərazisinə düşüb.

Kiyevin üzərini qatı tüstü dumanı bürüyüb.

Dnepr və Krivoy-Roq şəhərləri də aviahücumlara məruz qalıb. Dneprin Aviatorskoye rayonunda raketlərdən biri ölkənin ən iri hava limanlarından birinin yaxınlığına düşüb. Krivoy-Roq şəhərində 10 nəfər ölüb, 31 nəfər yaralanıb.

Yaralılardan 10 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Bununla yanaşı, Solomensk, Dneprovsk və Qoloseyevka rayonları da raket zərbələrinə məruz qalıb.

Bildirilib ki, hücum zamanı əsasən "Kinjal" raket sistemlərindən istifadə edilib. Hücumların hazırda da davam etdiyi açıqlanıb.

Ukraynanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işə düşdüyünü açıqlayıb.

------

12:25

Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Teleqram kanalları şahidlərə istinadən Kiyevdə partlayışlar barədə məlumat veriblər.

Kiyev meri Vitali Kliçko Ukraynanın paytaxtında partlayışları təsdiqləyib və sakinlərdən sığınacaqdan çıxmamağı xahiş edib.

TASS agentliyi Kiyevin Julyanı hava limanı rayonunda güclü partlayışın baş verdiyini yazıb.

Ukraynanın "Strana" nəşri isə Odessanın bir hissəsində elektrik enerjisi kəsildiyi barədə məlumat yayıb.

Milli.Az


Etiketlər:  Ukraynada raket hücumunda ölənlərin sayı ARTDI matəm elan edildi YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ