Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransalı idmançı reqata zamanı öldü

Fransalı idmançı reqata zamanı öldü

Tarix: 9 Iyul 2024 16:30

Yunanıstanda keçirilən Beynəlxalq "Aegean 600" reqatası zamanı fransalı idmançı vəfat edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə Kasos adasının şimal-qərbində baş verib.

Fransalı qadın komanda yoldaşı ilə birlikdə yelkənli qayıqdan dənizə düşüb.

Digər komanda yoldaşları onları huşsuz vəziyyətdə dənizdən çıxarmağa nail olsa da, qadın idmançının həyatını xilas edə bilməyiblər. Qadının 40, onunla birlikdə dənizə yıxılan kişi idmançının isə 36 yaşı olub.

Yelkənli yarışın keçirildiyi gün hava şəraiti əlverişsiz olub. Küləyin sürəti saatda 97 kilometrə, dalğanın hündürlüyü isə 60 santimetrə çatıb.


Etiketlər:  Fransalı idmançı reqata zamanı öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ