Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beqoviç əlcək hazırladı - Video

Beqoviç əlcək hazırladı -  Video

Tarix: 26 Noyabr 2019 22:24

"Qarabağ" qapıçısı Asmir Beqoviç yeni əlçəklərini təqdim edib.

Qol.az xəbər verir ki, bosniyalı qolkiper böyük və uşaq geyimlərinin satıldığı AB markasının sahibidir.

Qış mövsümü üçün hazırlana yeni AB1 əlcəkləri rahatlığı ilə seçilir. Onlar bütün hava şəraitində qapıçının yaxşı çıxış etməsinə kömək edir.

Əlcəklər şəxsən Asmir Beqoviç tərəfindən hazırlanıb və sınaqdan keçirilib. Böyüklər üçün olan əlcəyin qiyməti 44,99 (təqribən 98 manat), uşaqlar üçün olanı isə 31,99 funt sterlinqdir (təqribən 70 manat).

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyada "Sevilya"nın qonağı olacaq.




 


Etiketlər:  Beqoviç əlcək hazırladı Video


RƏYLƏR