Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2024 14:22
İranın ali lideri Əli Xamenei Şeyx Əhməd Mötəhəri Əsli Şərqi Azərbaycan üzrə nümayəndə və Təbrizin imam cüməsi təyin edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilir ki, Xamenei bununla bağlı qərar imzalayıb.
Xatırladaq ki, bundan əvvəl Təbrizin imamı Məhəmməd Əli Haşemi olub. O, mayın 19-da İranda ölkənin sabiq Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurlarla birgə helikopter qəzasında həlak olub.