Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Belə məqamlarda Putini öldürmək istəyirsən”

“Belə məqamlarda Putini öldürmək istəyirsən”

Tarix: 10 Iyul 2024 15:52

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə "Oxmatdet" uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb. 

"Mən atayam, Prezidentəm... Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə - bu cür məqamlarda Putini öldürmək istəyirsən", - deyə Ukrayna lideri qeyd edib. 

Onun sözlərinə görə, Rusiya NATO sammiti ərəfəsində tibb müəssisəsinə bilərəkdən zərbə endirib.

Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı "Oxmatdet" uşaq xəstəxanasına da ziyan dəyib. Şəhərin meri Vitaliy Kliçko zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfərin öldüyünü açıqlayıb. Onlardan ikisi "Oxmatdet"də həlak olub. Bununla yanaşı, daha 121 nəfər isə xəsarət alıb.


Etiketlər:  Belə məqamlarda Putini öldürmək istəyirsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ