Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına 11 milyard manatdan çox vəsait yönəldilib

Bu il Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafına 11 milyard manatdan çox vəsait yönəldilib

Tarix: 27 Noyabr 2019 10:39

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 407,4 milyon manat vəsait yönəldilib, sərf edilən vəsaitin 66,8 faizini bilavasitə tikinti-quraşdırma işləri təşkil edib.

Trend-in məlumatına görə, ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.

2019-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında "Şəbəkə" Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında "Azərxalça" ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, bunlardan əlavə Bakı şəhərində 960 şagird yerlik ümümi təhsil müəssisəsi, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1674 şagird yerlik 4 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 65 nəfər olan 4 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624, İsmayıllı rayonunda 400, Lerik, Cəlilabad və Quba rayonlarının isə hər birində 180 şagird yerlik olmaqla 3 ümümi təhsil müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın iqtisadi sosial sahələrinin inkişafına milyard manatdan çox vəsait yönəldilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ