Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda dövlət çevrilişinə cəhddə ittiham olunan qadınlara həbs cəzası verildi

İranda dövlət çevrilişinə cəhddə ittiham olunan qadınlara həbs cəzası verildi

Tarix: 13 Iyul 2024 16:18

İranda dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup qadına müxtəlif müddətlərə həbs cəzası kəsilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İranın hüquq müdafiəçiləri bildirib.

Məlumata görə, qadın azadlığı uğrunda mübarizə aparan həmin qadınlara ümumilikdə 60 il həbs cəzası kəsilib. Onlar cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

Bildirilib ki, ötən ilin yayında Gilan əyalətində qadınların azadlığı uğrunda mübarizə aparan 12 nəfər, o cümlədən Rəşt, Fuman, Ənzəli və Lahican şəhərlərinin sakini olan beş qadın İranın güc strukturları tərəfindən həbs edilmişdi.

Forə Samyaniya, Sara Cahani, Yasmin Həşdari, Şiva Şahsiyah, Negin Rezai, Mətin Yazdani, Azadə Çavoşian və Zəhra Dadres 6 il 3 ay və 17 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onlar "dövlət çevrilişinə cəhddə", "qanusuz qruplaşmalarla əlaqə saxlamaqda" ittiham olunublar. Caloh Cəvaheri və Human Tahiri isə bir il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  İranda dövlət çevrilişinə cəhddə ittiham olunan qadınlara həbs cəzası verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ