Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 08:04
Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "İndian Defence" məlumat yayıb.
Məlumata görə, artıq Hindistanın "SSS Defence" şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb.
Bildirilir ki, rəsmi Dehli ilk dəfədir ki, tamamilə Hindistanda dizayn və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.