Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlam insan gündə nə qədər şokolad yeyə bilər? – Dietoloq miqdarı açıqladı

Sağlam insan gündə nə qədər şokolad yeyə bilər? – Dietoloq miqdarı açıqladı

Tarix: 14 Iyul 2024 14:00

İnsan sağlamlığına zərər vermədən gündə 1 "plitka" şokolad yeyə bilər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu dietoloq Anna Belousova "NSN"ə bildirib.

"Bu, tünd şokolad olmalıdır. O, ən təsirli antidepresantlardan biri kimi təsir edir", - deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, insan 100 qram şokolad istehlak edərək 2 min kalori olan gündəlik normanın beşdə birini almış olur.

Dietoloq şəkərin şokoladın kalorisini yüksəltdiyini xatırladıb və buna görə də kakao tərkibi 85% və ya daha yüksək olan tünd şokoladı seçməyi tövsiyə edib.

"Sağlam bir insan gündə bir "plitka" şokolad yeyə bilər. Ancaq hamısını bir oturuşda yeməməlisiniz", - dietoloq nəzərə çatdırıb.

O əlavə edib ki, artıq çəkili və ya hərhansı xəstəliyi olan insanlar gündə ən çox "plitka"nın altıda birini yeyə bilərlər.

Qeyd edək ki, həkimlər yaxşı şokoladın tərkibində kakaonun ən azı 70% olmasının vacibliyini vurğulayırlar.

Həmçinin, keyfiyyətli məhsulun tərkibində kakao yağı, kakao tozu və təbii şəkər olmalıdır.
Tərkibində lazımsız əlavələr olan şokoladları yemək məsləhət görülmür.


Etiketlər:  Sağlam insan gündə qədər şokolad yeyə bilər Dietoloq miqdarı açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ