Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zərərli'' qidalardan tamamilə imtina bu xəstəliyə səbəb olur – Alimlərdən xəbərdarlıq

''Zərərli'' qidalardan tamamilə imtina bu xəstəliyə səbəb olur – Alimlərdən xəbərdarlıq

Tarix: 14 Iyul 2024 21:00

İşlənmiş qidalardan tamamilə imtina etmək istəyi fiziki sağlamlığın pisləşməsinə və ortoreksiyanın inkişafına səbəb ola bilər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu barədə "The Conversation"a York St John's Universitetinin tədqiqatçıları məlumat verib.

Psixoloqlar ortoreksiyanın bir növ psixi pozğunluq olduğunu xatırladıblar. Bildirilib ki, bu zaman insan yalnız təbii qidaları yeməklə maraqlanır:
"Onların nəzdində "zərərli" kateqoriyaya çox vaxt həm ultra emal olunmuş qidalar (fast food, çörək, qənnadı məmulatları), həm də minimal emal olunmuş qidalar (konservlər, meyvə və tərəvəz konservləri, quru meyvələr) daxildir".

Mütəxəssislərin fikrincə, ortoreksiya ilə anoreksiya arasındakı əsas fərq prinsipcə bütün qidalardan yox, qeyri-sağlam qidalardan imtina və onların istehlakının potensial nəticələrinə görə yaranan irrasional qorxudur.

Ciddi pəhrizdəki kiçik bir "səhv" belə, ortoreksiyalı bir insanın özünü günahkar və narahat hiss etməsinə səbəb ola, onun psixikasına zərər verə bilər.

Bu zaman xəstənin fiziki sağlamlığı da pisləşir. Çünki ortoreksiya daim məşq etmək və yağlar, karbohidratlar kimi qida maddələrinin qəbulunu məhdudlaşdırmaq istəyi ilə müşayiət olunur.

Bu səbəbdən düzgün qidalanmaya həddən artıq bağlılıq yuxu keyfiyyətinin aşağı düşməsinə, əhval-ruhiyyənin pisləşməsinə, enerji səviyyəsinin azalmasına, apatiyaya və beyin funksiyasının pisləşməsinə səbəb olur.


Etiketlər:  Zərərli qidalardan tamamilə imtina xəstəliyə səbəb olur Alimlərdən xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ