Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna və İsveç “Gripen” qırıcılarının tədarükünü müzakirə edirlər

Ukrayna və İsveç “Gripen” qırıcılarının tədarükünü müzakirə edirlər

Tarix: 15 Iyul 2024 00:52

Ukrayna hərbi yardım çərçivəsində İsveçlə Saab JAS-39 "Gripen" qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu "Amerikanın səsi" radiosuna müsahibəsində Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, Ukraynaya "Gripen" tədarükü mövzusu ölkə prezidenti Vlolodimir Zelenski tərəfindən İsveç rəsmiləri ilə danışıqlar zamanı mütəmadi olaraq qaldırılıb, lakin Stokholm NATO-ya qoşulmazdan əvvəl heç bir vəd verməyə hazır deyildi.

Xatırladaq ki, bu ilin əvvəlində İsveç parlamenti Ukraynaya "Gripen" qırıcılarının verilməsini dəstəkləmişdi. Lakin mayın sonunda İsveçin müdafiə naziri Pol Conson ölkəsinin "F-16"ların təhvil verilməsinə diqqət yetirmək üçün Ukraynaya "Gripen" tədarük planlarını dayandırdığını bildirib.


Etiketlər:  Ukrayna İsveç Gripen qırıcılarının tədarükünü müzakirə edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ