Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi real olaraq məşğul sayılır

Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi real olaraq məşğul sayılır

Tarix: 27 Noyabr 2019 13:32

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi real olaraq məşğul sayılır.

Trend-in məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, 620 minə yaxın əlilliyi olan şəxsin 350 mini əmək qabiliyyətlidir ki, onların da təqribən 60 mini məşğuldur.

Əhalinin həssas qrupları ilə iş aparmağı çox vacib sayan E.Süleymanov əlavə edib ki, hazırda ölkə üzrə 40 minə qədər vətəndaş məşğulluq layihələrində iştirak etmək üçün növbədədir: "Prezidentin tapşırığına uyğun olaraq gələn il bu proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu layihənin genişləndirilməsi üçün Dünya Bankının krediti cəlb edilir. Yaxın vaxtlarda iştirakçıların sayını 15 minə qədər artıracağıq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda minə yaxın əlilliyi olan şəxsin faizi real olaraq məşğul sayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ