Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampa qarşı yeni sui-qəsd cəhdləri olacaq- İDDİA

Trampa qarşı yeni sui-qəsd cəhdləri olacaq- İDDİA

Tarix: 17 Iyul 2024 13:10

Yaxın həftələrdə ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı yeni sui-qəsd cəhdləri ola bilər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə məlumatı yüksəkvəzifəli amerikalı məmurlara istinadən "Politico" yayıb. 

Bildirilir ki, ABŞ administrasiyası Trampın ünvanına İran tərəfindən təhdidlərlə bağlı müxtəlif mənbələrdən məlumat əldə edib. 

Xatırladaq ki, bir neçə gün əvvəl 78 yaşlı D.Tramp Pensilvaniyada mitinq zamanı hücuma məruz qalıb. Bu zaman o, sağ qulağından yüngül yaralanıb. Federal Təhqiqat Bürosunun məlumatına görə, keçmiş prezidentə 20 yaşlı Tomas Metyu Kruks atəş açıb. Onun zərərsizləşdirildiyi bildirilib. Hələlik onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.


Etiketlər:  Trampa qarşı yeni qəsd cəhdləri olacaq İDDİA


RƏYLƏR