Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 15:08
Türkiyənin İstanbul şəhərinin Arnavutköy rayonunda eyni iş yerində çalışan Kamilcan və Əhməd adlı iki dost arasında kondisioneri işə salmaq üstündə mübahisə yaranıb.
Daha sonra mübahisə böyüyüb və qətllə nəticələnib.
Sonxeber.net xəbər verir ki, bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Məlumata görə, başından zərbə alan və yerə yıxılan Kamilcan yerləşdirildiyi xəstəxanada iki gün sonra həyatını itirib.
Dostunu qətlə yetirən şübhəli şəxs Əhməd isə qəsdən adam öldürmə maddəsi ilə həbs edilib.
"Kondisionerin işə salınması üstündə mübahisə etdik. Bir-birimizi söydük", - deyə Əhməd ifadəsində bildirib.