Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2024 09:48
Ukrayna və Rusiya arasında danışıqlar aparılarsa, bu sülhü qaytarmayacaq, ancaq müvəqqəti fasilə verəcək, bundan sonra daha hazırlıqlı müharibə başlayacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı analitik və jurnalist Sergey Qarmaş deyib.
"Rusiya ilə danışıqlar mümkünsüzdür" fikri ilə razı deyiləm. Danışıqlar mütləq olacaq, lakin bundan sonra da Ukraynaya sülhün qaytarılmasında effektivliyi sual altındadır.
Bu dialoq ilk növbədə Qərbdə istənilir. Rusiya mətbuatında da bu mövzu hər gün gündəmə gəlir və bu, təsadüfi deyil. Burada bir nüans var, çünki Rusiyada Ukrayna ilə danışıqlardan deyil, "Ukrayna böhranı ətrafında və Qərblə danışıqlardan" bəhs olunur. Bu danışıqlar barəsində sülhlə bağlı illüziyalar olmamalıdır, çünki bu danışıqlar atəşkəs haqqındadır", - o bildirib.