Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR karbamid zavodu borclarını ödəməyə başlayıb

SOCAR karbamid zavodu borclarını ödəməyə başlayıb

Tarix: 27 Noyabr 2019 17:57

Bakı. Anastasiya Savçenko - Trend:

SOCAR karbamid zavodu kreditin ödənilməsinə başlayıb.

Trend-in məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, 33 milyon avro məbləğində ödəmələrin birinci tranşı bu ilin iyununda həyata keçirilib, 30 milyon avro məbləğində ikinci tranşın dekabrın ikinci yarısınadək ödənilməsi planlaşdırılır:

“Beləliklə, müəssisə ilin sonunadək 66 milyon avro məbləğində kredit öhdəliyini ödəyəcək”.

Direktor əlavə edib ki, növbəti il kredit öhdəliklərinin qalığı təxminən 460 milyon avro təşkil edəcək. Zavodun borclarının ödənməsi müddəti 10 ili əhatə edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR karbamid zavodu borclarını ödəməyə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ