Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2024 07:20
"Bavariya" və "Mançester Yunayted" Matthijs de Ligt transferinin maliyyə detalları ilə bağlı razılığa gələ bilmirlər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Kristian Falk məlumat yayıb.
Münhen klubu niderlandlı futbolçunu 35 milyon avroya satmaqdan imtina edib. Mənbə iddia edir ki, "Bavariya" ən azı 50 milyon avro və bonuslar tələb edir. O da qeyd olunur ki, klublar danışıqları davam etdirir.
"Transfermarkt" 24 yaşlı de Ligti 65 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, De Liqt 2022-ci ilin yayında "Yuventus"dan 67 milyon avroya "Bavariya"ya keçib.