Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2024 06:57
Yayın gəlişi ilə qida rasionunda dəyişikliklər müşahidə olunur. Bir çox insan meyvə-tərəvəzlərlə günü keçirməyə üstünlük verir.
Qarpız yay aylarında ən çox istifadə edilən meyvələr arasındadır. Qarpız və pendir həm yüngül, həm də ləzzətli qəlyanaltı olduğu üçün süfrələri tez-tez bəzəyir. Xüsusilə də son zamanlarda sosial şəbəkələrdə pendirli qarpız sendvici dəbə minib.
Ancaq mütəxəssislər bu iki qidanı birgə yeməyi məsləhət görümürlər. Onlar bunun orqanizmə zərər verdiyini bildirirlər.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, Dr. Hüseyn Sarıkaya qarpızla pendiri eyni vaxtda yeməyin niyə zərərli olduğunu izah edib.
"Hər iki qida ayrılıqda olduqca faydalıdır. Qarpız yüksək su tərkibinə görə çox tövsiyə edilir. Digər tərəfdən, pendir yüksək miqdarda zülal tərkibi ilə seçilir. Ancaq bu iki qida birlikdə istehlak edildikdə bəzi insanlarda həzm problemləri yarada bilər. Bu, xüsusilə mədə xəstəliklərindən əziyyət çəkənlərə və ya həzm sistemi həssas olanlara daha çox təsir edir", - deyə həkim xəbərdarlıq edib.
O, porsiya ölçüsünün də nəzərə alınmasını tövsiyə edib:
"Qarpız və pendirin birlikdə istehlak edilməsi yüksək zülal və şəkər səbəbiylə bədənə zərər verə bilər".
Həkim yayda tox saxlayan qidalara üstünlük verilməsini məsləhət görüb.
"Yay aylarının vazkeçilməzi olan qarpız və pendir "dueti"nə diqqət yetirilməlidir. Qarpızda şəkər miqdarı yüksək olduğu üçün insulin ifrazını artırır və qarında piylənməyə səbəb olur.
Çox pendir istehlak etmək həm də çox yağ və duz qəbul etmək mənasını verir ki, bu da kökəlməklə nəticələnəcək.
Bunlar nəzərə alınmayanda müxtəlif sağlamlıq problemləri yarana bilər", - deyə həkim vurğulayıb.