Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Yunanıstanın bütün addımlarını izləyirik

Ərdoğan: Yunanıstanın bütün addımlarını izləyirik

Tarix: 24 Iyul 2024 14:26

Yunanıstanın bütün addımlarını izləyirik.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə lazım gələndə müdaxilələr də edir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bütün ölkələrlə dostluğu möhkəmləndirməyə, dostlarının sayını artırmağa çalışır: "Uzadılan heç bir əli havada saxlamırıq".

Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias daha əvvəl bildirmişdi ki, onlar bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərlər.

Milli.Az


Etiketlər:  Ərdoğan Yunanıstanın bütün addımlarını izləyirik


RƏYLƏR