Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlərdən kişilərə tövsiyə: ömrü uzatmağın yolu...

Alimlərdən kişilərə tövsiyə: ömrü uzatmağın yolu...

Tarix: 25 Iyul 2024 07:18

Kişi uzunömürlülüyünün sirri stresi idarə etmək bacarığında gizlidir.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu Boston Universitetinin alimləri müəyyən ediblər.

Onların fikrincə, stresin öhdəsindən gəlmək üçün daha az enerji sərf etmək kişilərin ömrünü uzatmaqda olduqca təsirlidir.
Tədqiqatın nəticələri "The Journals of Gerontology"də dərc olunub.

Tədqiqatda 743 kişi iştirak edib. 1993 və 2002-ci illər arasında hər bir könüllü gündəlik stress səviyyələrinin qiymətləndirilməsini tamamlayıb. Subyektlərdən testdən əvvəl bir ay ərzində hansı stresli vəziyyətlərlə qarşılaşdıqlarını və hansı mübarizə üsullarından istifadə etdiklərini söyləmələri istənilib.

Bundan əlavə, iştirakçılar hər bir stresli vəziyyətin onlara nə qədər "təhdidedici" göründüyünü qeyd ediblər.

Hazırlıq mərhələsini başa vurduqdan sonra alimlər könüllüləri izləməyə başlayıblar. Onlar bunu 27 il (və ya hər bir iştirakçının ölümünə qədər) davam etdiriblər.

Nəticələr göstərib ki, stresin öhdəsindən gəlmək üçün daha az enerji sərf edən kişilər çətin vəziyyətlərlə strateji şəkildə mübarizə aparmağa çalışanlarla müqayisədə daha uzunömürlü olurlar.

Alimlər vurğulayıblar ki, stresi tənzimləmək üçün hansısa üsullara müraciət etmək zərurəti müəyyən bir problemin uzandığı mənasına gəlir. Onu effektiv şəkildə həll etmək üçün enerji sərf etmək, öz növbəsində, potensial olaraq psixoloji ehtiyatları tükədə bilər.


Etiketlər:  Alimlərdən kişilərə tövsiyə ömrü uzatmağın yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ