Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya səfiri İran XİN-ə çağırıldı

Britaniya səfiri İran XİN-ə çağırıldı

Tarix: 25 Iyul 2024 09:38

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onun Londonun Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə bağlı çağırıldığı qeyd olunub.

"Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru İran vətəndaşının qanunsuz saxlanılması və ABŞ-yə ekstradisiyası ilə əlaqədar İran İslam Respublikasına kəskin etirazını bildirib. İranlının saxlanılması ilə bağlı məlumat aldıqdan sonra XİN Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad edilməsi üçün danışıqlar etməyə cəhd edib və onun azad edilməsi üçün səylər davam etdirilir", - nazirlik əlavə edib.

Qeyd edək ki, iyulun 23-də ABŞ Ədliyyə Nazirliyi 53 yaşlı İran vətəndaşı Seyid Hacı Ağa Musainin iyulun 22-də İllinoys ştatının Şimal Dairəsinin federal məhkəməsində mühakimə olunduğunu açıqlayıb. O, 2023-cü ilin yanvarında İnterpolun tələbi ilə Böyük Britaniyada saxlanılıb və ABŞ-yə ekstradisiya edilib. Musai ABŞ qanunlarının bir neçə maddəsini pozmaqda, o cümlədən ABŞ-nin ixrac məhdudiyyətlərindən yayınaraq, ABŞ-nin qabaqcıl radioölçmə texnologiyasını üçüncü ölkələr vasitəsilə İrana qaçaqmalçılıq yolu ilə keçirmək cəhdində ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 55 il həbs cəzası gözləyir.


Etiketlər:  Britaniya səfiri İran XİN çağırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ