Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''40 ildir ayrı yataqda yatırıq''

''40 ildir ayrı yataqda yatırıq''

Tarix: 26 Iyul 2024 14:50

78 yaşlı məşhuramerikalı aktrisa Bette Midler 40 illik evliliyindən danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Midler 1984-cü ildən əri Martin von Haselberqlə evli olduqlarını və münasibətlərinin əvvəlindən ayrı yataq otaqlarında yatdıqlarını açıqlayıb. Evliliklərini "möcüzəli səyahət" olaraq xarakterizə edən Midler bir-birlərinə çox azadlıq verdiklərini, davamlı olaraq bir-birlərini bezdirmədiklərini bildirib.

Aktrisa əlavə edib ki, hələ də xoşbəxt olmalarının sirri məhz 40 ildir ayrı yataqda yatmalarıdır. 

Midler söyləyib ki, həyat yoldaşı xoruldayır. Buna görə də yataq otaqlarını ayırmalı olublar. 

Cütlüyün 1986-cı il təvəllüdlü Sofi adlı bir qızı var. Midler qızını özünün "ən böyük nailiyyəti" hesab etdiyini söyləyib.


Etiketlər:  ildir ayrı yataqda yatırıq


RƏYLƏR