Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappeyə lüks maşın hədiyyə edildi - FOTO

Mbappeyə lüks maşın hədiyyə edildi - FOTO

Tarix: 28 Iyul 2024 17:58

"Real Madrid"in sponsoru olan BMW şirkəti klubun yeni transferi Kilian Mbappeyə "i7 M70 xDrive" elektrik avtomobili hədiyyə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, avtomobilin qiyməti 170 min dollardır və "kral klubu"nun prezidenti Florentino Peres də bu model avtomobilin sahibidir.

Lakin 25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün o, sərnişin oturacağında əyləşməli olacaq. 

Qeyd edək ki, iyulun 2-də Mbappenin "Real"a keçidi açıqlanıb. İyulun 16-da isə "Santyaqo Bernabeu" stadionunda forvard üçün təntənəli təqdimat mərasimi keçirilib.

Milli.Az


Etiketlər:  Mbappeyə lüks maşın hədiyyə edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ