Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb Ermənistanı ikinci Ukrayna etməyə çalışır

Qərb Ermənistanı ikinci Ukrayna etməyə çalışır

Tarix: 29 Iyul 2024 08:46

Erməni politoloq Suren Surenyants Qərbin Ermənistanı Rusiyaya qarşı ikinci Ukraynaya çevirmək istəyindən əl çəkməyəcəyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında bildirib.

Surenyants qeyd edib ki, Macarıstan Baş naziri Orban Ukraynanın yaxın gələcəkdə NATO və AB üzvü olmayacağını dilə gətirib:

"Düşünmürəm ki, AB-də bu fikirdə olan yeganə şəxs Orbandır, sadəcə, Orban başqalarının düşündüklərini səsləndirən yeganə şəxsdir.

Ukrayna çox yüksək qiymət ödədi, dövlətçiliyin dağılması ilə üz-üzədir, lakin onun NATO və AB-yə üzvlüyü qətiyyən təmin edilmir. Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizə təsir edər".

Milli.Az


Etiketlər:  Qərb Ermənistanı ikinci Ukrayna etməyə çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ