Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2024 08:58
Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, bununla belə, genişmiqyaslı müharibəyə transformasiya olmayacaq.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Ynet" nəşri İsrailin yüksəkrütbəli rəsmilərinə istinadən məlumat yayıb.
"Bir neçə gün döyüş ola bilər. Söhbət indiyədək gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir", - nəşr rəsmilərdən birinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrinin raket atəşinə tutulması nəticəsində 12 nəfər ölüb.