Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hidayət Heydərov Olimpiya çempionudur! - YENİLƏNİB

Hidayət Heydərov Olimpiya çempionudur!  - YENİLƏNİB

Tarix: 29 Iyul 2024 20:48

Hidayət Heydərov ippon fəndi ilə fransız rəqibini məğlub edir və Olimpiya çempionu olur.

20:33

Azərbaycanın təmsil edən cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərov bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

73 kq. çəki dərəcəsində yarışan Heydərov mübarizəyə 1/8 finaldan start verib. Onun rəqibi Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Tohar Butbul olub. Görüş Hidayət Heydərovun əlavə vaxtda qazandığı qələbə xalı (rəqibin 3 şido xalı) sayəsində başa çatıb.

Beləliklə, H.Heydərov 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Kanada idmançısı Artur Margelidon olub. 30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibidir. O, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.

H.Heydərov ağır keçən döyüşün əlavə vaxtında (golden score) ipponla qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb. Akil Qyakova 2021-ci ildə Avropa çempionu olub.

Heydərov əlavə vaxtda 1 xal qazanaraq finala yüksəlib. Finals onun rəqibi Fransa idmançısı Gaba Benjamin olacaq.

Qeyd edək ki, cüdo yarışlarına bu gün yekun vurulacaq. Medal uğrunda görüşlər isə az sonra başlanacaq.

Milli.Az


Etiketlər:  Hidayət Heydərov Olimpiya çempionudur YENİLƏNİB


RƏYLƏR