Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2024 00:38
Banqladeşdə bu gün yenidən başlayan tələbə etirazlarında azı 15 nəfər yaralanıb.
Sonxeber.net repot.az-a istinadən xəbər verir ki, bu barədə "Protom Alo" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, tələbələr bu ayın əvvəlində ölkədə keçirilən etiraz aksiyalarının iştirakçılarının azad edilməsi tələbi ilə yenidən nümayiş keçiriblər.
Qeyd olunur ki, Dəkkə və Banqladeşin digər bölgələrində bir neçə aksiya təşkil edilib, lakin onlar irimiqyaslı olmayıb, bununla belə, polis nümayişləri dağıtmaq üçün dəyənəklərdən istifadə edib və 20-yə yaxın adamı saxlayıb.
Xatırladaq ki, iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının qohumları üçün iş yerlərinə kvota tətbiq edilməsi sisteminə qarşı etirazlar başlayıb. Ölkədə vəziyyət tədricən gərginləşib, etirazlar 170-dən çox insanın öldüyü toqquşmalara çevrilib.