Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2030-cu ilə qədər bu 9 şəhər suyun altında qalacaq

2030-cu ilə qədər bu 9 şəhər suyun altında qalacaq

Tarix: 2 Avqust 2024 08:22

Qlobal istiləşmənin ciddiliyini dərk etmək bəzilərimiz üçün çətin ola bilər. Dəniz səviyyəsinin qalxması, su çatışmazlığı və ya meşə yanğınları ilə məşğul olmursunuzsa təhlükəni çətin ki, dərk edə biləsiz.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bəzi yerlərdə dəniz səviyyəsinin yüksəlməsi 2030-cu ilə qədər dünya şəhərlərinə mənfi təsir göstərəcək.

Təbii ki, 2030-cu ilə qədər çox şey dəyişə bilər. Daşqından qorunma sistemləri yaradıla bilər, şəhərlər buna uyğunlaşa bilər və ya qlobal istiləşməni dayandırmaq üçün daha təsirli addımlar atıla bilər.

Qarşıdakı 10 il ərzində böyük ölçüdə su altında qalacaq 9 şəhəri sizə təqdim edirik:

1. Amsterdam, Hollandiya

Hollandiyanın Amsterdam, Rotterdam və Haaqa şəhərləri dəniz səviyyəsindən aşağıda yerləşir. Bu ərazi həm çökəklikdə yerləşir, həm də Şimal dənizinə yaxındır. Məhz buna görə də hollandiyalılar daşqından müdafiə sistemləri ilə məşhurdurlar.

2. Nyu-Orlean, ABŞ

Nyu-Orleanın mərkəzini əhatə edən qalın boz sərhədlər, şəhəri hər tərəfdən daşqınlardan qoruyan daşqınlar sistemidir. Bu müdafiə vasitələri olmadan Nyu-Orlean dəniz suyunun yüksəlməsi ilə ciddi təhlükə altındadır.

3. Venesiya, İtaliya

Venesiya iki təhlükə ilə üz-üzədir. Birincisi dəniz səviyyəsinin yüksəlməsi və şəhərin quruluşu. Şəhər hər il iki millimetr batır. Venesiya artıq daşqınlarla üzləşir və iqlim dəyişikliyi çox güman ki, bu fəlakətləri daha da artıracaq.

4. Hoşimin, Vyetnam

Xəritəsi göstərir ki, Hoşimin şəhərinin ən çox risk altında olan hissəsi şərq hissəsidir. 2030-cu ilə qədər şəhərin hamısının su altında qalacağı ehtimalı az olsa da, onun daşqın və tufanlara qarşı daha həssas olacağı demək olar ki, dəqiqdir.

5. Kalküta (və ya Kəlkütə), Hindistan

Dəniz səviyyəsinin qalxması şəhər və onun ətraf əraziləri üçün əsas narahatlıq doğuran məqamdır. Kalküta da sel və torpaq sürüşməsinə səbəb olan musson yağışlarına tab gətirə bilməz.

6. Bəsrə, İraq

İraqın əsas liman şəhəri olan Bəsrə Fars körfəzini qidalandıran nəhəng və geniş çay olan Şatt əl-Ərəbin üzərində yerləşir. Bəsrə və ətrafı, mürəkkəb kanallar, çaylar və yaxınlıqdakı bataqlıqlar şəbəkəsi səbəbilə dəniz səviyyəsinin qalxmasına həssasdır.

7. Banqkok, Tayland

2020-ci ildə aparılan araşdırmaya görə, qısa müddətdə qlobal istiləşmədən ən çox təsirlənən şəhər Banqkok olacaq. Taylandın paytaxtı Banqkok dəniz səviyyəsindən cəmi 1,5 metr hündürlükdədir. Şəhər Venesiyadan qat-qat tez batır (ildə təxminən 3 sm). Xəritəyə əsasən, 2030-cu ilə qədər şəhərin sahilyanı əraziləri su altında qala bilər.

8. Corctaun, Qayana

Əsrlər boyu Qayananın paytaxtı Corctaun fırtınalardan qorunmaq üçün 450 km uzunluğunda dəniz divarına arxalanıb. Çünki yüksək qabarıb-çəkilmələrin məskəni olan bu şəhərdə sahil xətti dəniz səviyyəsindən yarım metr aşağıda qalır.

9. Savanna, ABŞ

ABŞ-ın Corciya ştatının Savanna şəhəri güclü qasırğa zonasında yerləşir, lakin ekstremal hava hadisələri olmasa belə, yaxın illərdə şəhəri su basa bilər.


Etiketlər:  2030 ilə qədər şəhər suyun altında qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ