Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris-2024: Tatamidə son şans

Paris-2024: Tatamidə son şans

Tarix: 2 Avqust 2024 11:22

Bu gün Paris-2024-ün cüdo yarışlarında fərdi mübarizəyə yekun vurulacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarışıq komanda yarışı öncəsi son iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan yığmasının Fransa paytaxtındakı sonuncu cüdoçusu da tatamiyə çıxacaq. Üçüncü Olimpiadasına yollanan Uşanqi Kokauri medallar uğrunda mübarizə aparacaq. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Kişilər
+100 kq
Uşanqi Kokauri Paris-2024-ə 1/16 finaldan start verəcək. Onun ilk rəqibi Rafael Silva (Braziliya) olacaq.

Qeyd edək ki, Olimpiadaya 9 cüdoçu ilə yollanan yığmamız yarışın ilk 6 günündə iki medal qazanıb. Hidayət Heydərov 73 kq, Zelim Kotsoyev 100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olub.

Milli.Az


Etiketlər:  Paris 2024 Tatamidə şans


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ