Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 16:24
Bakı. Trend:
ReAL partiyasının lideri İlqar Məmmədov partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.
Trend-in məlumatına görə, İ.Məmmədov bunu bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, bütün müxalif qüvvələri bu nümunəyə əməl etməyi və parlament seçkilərində iştirak etməyə çağırıb.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin