Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlcəzairli boksçu Xəlif transgenderdir? - FOTO

Əlcəzairli boksçu Xəlif transgenderdir? - FOTO

Tarix: 3 Avqust 2024 22:08

Parisdə italyan boksçu ilə döyüşərkən gündəmə gələn əlcəzairli boksçu İman Xəlifin əslində kişi olduğu, cinsini dəyişdirərək özünü qadına çevirdiyi iddiaları bütün dünyada gündəm olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, əlcəzairli jurnalistlər idmançının uşaqlıq fotolarını yayıblar və onun haqda "transgender" iddialarını təkzib ediblər.

Məlumata görə, İman Xəlif 1999-cu ildə qız uşağı kimi doğulub. Doğuşdan yüksək testesterona sahib olması onda kişilik əlamətlərini formalaşdırıb.

Xəlif öz təbiiliyini dəyişmək istəməyərək olduğu kimi qalmağa davam edib.

Bildirilib ki, haqsızlıqla üz-üzə qalan İman Xəlifə indi bütün dünya dəstək verir.

Milli.Az


Etiketlər:  Əlcəzairli boksçu Xəlif transgenderdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ