Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2024 04:06
Türkiyədə sahibsiz itlərlə bağlı qaydaların da yer aldığı heyvanların mühafizəsi qanununa dəyişikliklər edilməsi haqqında qanun qüvvəyə minib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, yeni qanuna uyğun olaraq sahibsiz küçə itləri toplanacaq, qayğı mərkəzinə aparılaraq orada qısırlaşdırılıb sahibləndiriləcəklər.
Bununla bağlı məsuliyyət bələdiyyələrin üzərinə düşəcək. Öhdəliklərini yerinə yetirməyən bələdiyyə məmurlarına 6 aydan 2 ilə qədər həbs cəzası veriləcək.
Sahib olduqları heyvanları tərk edən şəxsləri isə 2 min lirədən (102 AZN) 60 min lirəyə (3075 AZN) qədər cərimə gözləyir.
Qeyd edək ki, Türkiyədə küçə itlərinin artması nəticəsində son dövrlərdə tez-tez itlərin insanlara hücum etməsi halları yaşanmışdı. Məhz buna görə də heyvanların mühafizəsi ilə bağlı qanun parlamentdə müzakirəyə çıxarılmışdı.