Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Banqladeş Baş naziri ölkədən qaçdı

Banqladeş Baş naziri ölkədən qaçdı

Tarix: 5 Avqust 2024 14:42

Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman Baş nazir Şeyx Hasinanın ölkədən qaçdığını təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə qərargah rəisi xalqa müraciətində deyib.

O bildirib ki, müvəqqəti hökumət qurulacaq.

Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb. O, vətəndaşları sülhü və asayişi qorumağa, zorakılıqdan çəkinməyə və ölkənin rifahını qorumaq üçün birlikdə çalışmağa çağırış edib.

Qeyd edək ki, yerli media Baş nazir Şeyx Hasinanın öz bacısı ilə birgə hərbi helikopterlə Hindistana qaçdığı barədə məlumat yayıb.

Etirazçılar Baş nazirini iqamətgahını ələ keçirib.

Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb, lakin polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib.

Qeyd edək ki, Baş nazir xanım Şeyx Hasina 2009-cu ildən hökumətə rəhbərlik edirdi.


Etiketlər:  Banqladeş Baş naziri ölkədən qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ