Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' ''Ludoqorets''ə məğlub oldu - YENİLƏNİB - VİDEO

''Qarabağ'' ''Ludoqorets''ə məğlub oldu - YENİLƏNİB - VİDEO

Tarix: 6 Avqust 2024 22:04

22:01

"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Ağdam klubu doğma azarkeşləri önündə "Ludoqorets"i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 57-ci dəqiqədə açılıb. Cərimə zərbəsindən qapı önünə göndərilən asmaya Duarte dəqiq baş zərbəsi endirib: 0:1.

Hesabda geri düşəndən sonra təzyiqi artıran "Qarabağ" çox keçmədən hesabı bərabərləşdirməyə müvəffəq olub. Juninyo 65-ci dəqiqədə topu tora qovuşdurub.

Buna baxmayaraq Bolqarıstan təmsilçisi matçın 87-ci dəqiqəsində yenidən önə keçməyi bacarıb. Qurulan əks-hücum zamanı Vidalın baş zərbəsindən sonra Buntiç qapısında ikinci topu görüb.

Matçın qalan vaxtında "Qarabağ" hesabı bərabərləşdirmək üçün böyük qüvvəylə irəli atılsa da, bu cəhdlər heç bir nəticə verməyib.

Beləliklə, təmsilçimiz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını məğlub başa vurub: 1:2.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək. 

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) - 1:2

Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)

Qırmızı vərəqə: Kayo Vidal, 89 ("Ludoqorets")

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

-------------

21:48

6 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) - 1:2 (İkinci hissə)

Qol: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

------------

21:27

6 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) - 1:1 (İkinci hissə)

Qol: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1)

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

------------

21:18

6 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) - 0:1 (İkinci hissə)

Qol: Diniş Almeyda, 56

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

-----------

20:01

6 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan) - 0:0 (Birinci hissə)

Hakimlər: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach 

Tofiq Bəhramov adına Respublika Stadionu

-----------

19:04

"Qarabağ" bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Ağdam klubu doğma azarkeşləri önündə "Ludoqorets"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

Komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda olacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

6 avqust

20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)

"Qarabağ": 97. F. Buntiç, 29. M. Veşoviç, 13. B. Mustafazadə, 81. K. Medina, 27. Toral Bayramov, 6. J. Romao, 8. M. Yankoviç, 15. L. Andrade, 7. Y. Benzia, 10. A. Zubir, 18. Juninyo

Ehtiyat oyunçular: 12. S. Məmmədzadə, 2. M. Silva, 30. A. Hüseynov, 44. E. Cəfərquliyev, 55. B. Hüseynov, 17. H. Keyta, 20. R. Almeyda, 24. A. İsayev, 66. P. Andrade, 90. N. Axundzadə, 19. R. Çiça

Baş məşqçi: Qurban Qurbanov

"Ludoqorets": 39. H. Bonmann, 17. Son, 4. D. Almeyda, 24. O, Verdon, 3. A. Nedyalkov, 6. Y. Piotrovski, 23. D. Duarte, 30. P. Naressi, 37. B. Tekpetey, 9. K. Duah, 11. K. Vidal

Ehtiyat oyunçular: 1. S. Padt, 67. D. Xristov, 14. D. Qropper, 15. E. Kurtulus, 16. A. Fonn Vitri, 7. Rik, 8. T. Nedelev, 18. İ. Çoçev, 82. İ. Yordanov, 90. S. Delev, 10. M. Tissera, 12. R. Kruz

Baş məşqçi: Georgi Dermençiyev

Baş hakim: Urs Şinder (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu

-----------

09:44

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə evdə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Görüşü İsveçrədən olan referi Urs Şnider idarə edəcək.

"Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir. Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i dalbadal olmaqla 10 dəfə Avropa kuboklarının qrupunda çıxış edib.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

6 avqust.

20:00. "Qarabağ" (Azərbaycan) - "Ludoqorets" (Bolqarıstan)

Baş hakim: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)

VAR hakimləri: Fedayi San, Johannes von Mandach

Tofiq Bəhramov adına Respublika Stadionu

Milli.Az


Etiketlər:  Qarabağ Ludoqoretsə məğlub oldu YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ