Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Banqladeş parlamenti buraxıldı - YENİLƏNİB - VİDEO

Banqladeş parlamenti buraxıldı - YENİLƏNİB - VİDEO

Tarix: 6 Avqust 2024 13:42

Banqladeş parlamenti buraxılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Respublika" telekanalı xəbər verir.

Bu barədə qərarı Prezident Məhəmməd Şahabuddin imzalayıb. Prezident ofisinin xəbərinə görə, qərar ölkə başçısının siyasi qüvvələr, tələbə hərəkatının nümayəndələri, vətəndaş cəmiyyəti və ordu rəhbərliyi ilə görüşlərindən sonra verilib.

-------

12:37

Banqladeşin Baş naziri postunu tərk edən Şeyx Hasina hələ də Hindistandadır. Bunu Hindistan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, hazırda ölkədə faktiki olaraq hakimiyyət boşluğu yaranıb, müvəqqəti hökumət hələ formalaşmayıb. Etirazçılar yeni hökumətin əsas məsləhətçisinin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Məhəmməd Yunusun (84 yaşı var) olmasını təklif edirlər.

Nümayişçilər ilk dövlət başçısı Mucibur Rəhmanın və istefa verən baş nazirin atasının abidəsini dağıdıblar.


Etiketlər:  Banqladeş parlamenti buraxıldı YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ