Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2024 12:48
Paris-2024 Yay Olimpiya Oyunlarında Avstraliyanın tarixində ilk yaşanıb.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 14 yaş 86 günlük olan Alisa Tryu Olimpiya çempionu olub.
O, skeydbordinq yarışlarında 15 yaşlı yaponiyalı Kokoni Hiraki və 16 yaşlı britaniyalı Skay Braunu qabaqlayıb. Alisa Olimpiya Oyunlarının tarixində 9-cu ən gənc qızıl medal qazanan idmançı olub.
Qeyd edək ki, ən gənc çempion olan atlet Mardjori Qestrinqdir (ABŞ). O, suyatullanmada 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunlarında 13 yaş 267 günlük olarkən qalib olub.