Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2024 13:08
Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna ordusu ilə döyüşlərin davam etdiyini açıqlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, açıqlamada sutka ərzində "Şimal" qruplaşmasının Ukrayna qüvvələrinin ölkənin dərinliklərinə doğru irəliləməsinin qarşısını aldığı bildirilib.
Məlumatda deyilir ki, nəticədə Ukrayna tərəfinin itkiləri 280 nəfər canlı qüvvə və 27 ədəd hərbi texnika təşkil edib.
Ümumilikdə, Kursk istiqamətindəki döyüşlər zamanı Ukrayna ordusunun 945 hərbçisi öldürülüb, 102 zirehli texnikası zərərsizləşdirilib.